Şəhərinizi seçin

Növü

Mətbəx

Bu üçün yer

Xüsusiyyətləri

Təklif

Metro

Əyləncə

Ətraflı axtarış
Ləğv etmək

10 yemək yumurta ilə

19 noyabr, 2013

Südlü sıyıqlardan və qarışıqlardan sonra tanış olduğumuz ilk ərzaq şübhəsiz ki toyuq yumurtasıdır. Analar onu bərk bişirir, qayğanağ edirlər və qatı qoqul-moqullar hazırlayırlar. Uşaqlar böyüyürlər, lakin yurtalı səhər vərdişini özləri ilə yaşlı həyata aparırlar. Yumurtanın tərkibində 12 vitamin var. Onların arasında A, B1, B2, E və digər vitaminlər var. Yumurtanın tərkibi 96% minerallardan ibarətdir, xüsusən kalsium, fosfor, yod və dəmirin miqdarı yüksəkdir. Biz yumurtadan hazırlanan 11 yemək təklif edirik:

”Benedikt” yumurtaları- indi dünyanın ən yaxşı restoranlarında hazırlanan fransız səhər yeməyidir. ”Benedikt” yumurtalarının əsası paşot-yumurtalarıdır (qabıqsız bişirilən yumurta).O, qızardılmış çörəkdə, yağ və ya holland sousu ilə verilir. ”Benedikt” yumurtalarına bekon, göyərti və pendir əlavə oluna bilər.

Pomidor- yumurta çiğırtması- pomidor əlavə olunmuş azərbaycansayağı qayğanağ. Əksəriyyət tərəfindən bəyənilən yeməyi bir-neçə dəqiqə ərzində hazırlamaq olar. Əvvəlcədən isidilmiş tavaya təmizlənmiş və doğranmış pomidor qoyulur. Tərəvəz şirəsini salan kimi və biraz qovurulandan sonra üzərinə çalınmış yumurta tökülür və yəmək tam hazır olana qədər bişirilir.

“Frittata”- pendir, tərəvəz, kolbasa və ət içliyi ilə hazırlanan italyan qayğanağı. Adətən “Frittata”-nı qaz sobasında bişirirlər və tam hazırlığa duxovkada çatdırırlar.

“Skrembl”- yumurtaları və ya el dilində ilıq bişirilmiş yumurta. Bu fərqli içliyi olan qayğanağdı. Tavanın içində olanlar dayanmadan qarışdırılır və nəticədə eyni tərkibli yumurta kütləsinə çevrilir.















İspan piperadası- ispansayağı səhər yeməyi. Çerri pomidorları, şirin bibər, soğan və sarımsaq ilə qayğanağ. Tavada soğan, sarımsaq, çerri pomidorları və şirin bibər halqaları qızardılır. Sonra hazırlanmış içlikdə bir-neçə oyuq açilır və ora 3-4 yumurta qırılır.



Yumurta paşteti- məşhur macar yeməyi. Bu sürtülüb ovxalanmış bişmiş yumurtalardan, qızardılmış soğandan, xırdalanmış hind və cövüz qozundan və üyüdülmüş istiotdan ibarət olan paştetdir. Süfrəyə verilməzdən əvvəl paştet soyudulur və qızardılmış çörək tikələrinə çəkilib təqdim olunur.

Şotlandsayağı yumurta- donuz ətindən hazırlanmış kolbasa qiyməsinə bişirilmiş yumurta bükülür, unlamaya batırılıb bir-neçə dəqiqə ərzində frityürda qızardılır.

Avstriya qayğanağı- desertdən başqa bir şey deyil. Südlə çalınmış ənənəvi qayğanağdı. Sonradan ona kişmiş və şəkər əlavə olunur və şəkər kirşanı səpilir.

Türksayağı yumurtalar- Türk evdarxanımları xırda doğranmış toyuğun qara ciyərini qızardırlar. Sonra tomat, ət suyu və ədviyyat əlavə edirlər. Axırda üzərinə yumurta təkülür və qızılı qabıq alınana qədər sobada bişirirlər. Süfrəyə xırda doğranmış göyərti ilə verilir.

Şokoladlı qayğanağ- qara şokoladdan amerikan deserti. Şokolad əridilir, sonra qaymaq və şəkər əlavə olunur. Süfrəyə verilməkdən öncə üzərinə əridilmiş şokolad gəzdirilir. Darçın və ya məyvə əlavə oluna bilər. 



Другие qeydlər gurme

Dadlı reseptlər: Burger "La Parisienne"

24 oktyabr, 2016

“Jasmine” – ın ətirli dadı.

26 oktyabr, 2014

Ukraynanın paytaxtı Kiyev şəhərində

13 may, 2014

Şərhini əlavə etmək

Ad

Elektron poçt

Şərh