Şəhərinizi seçin

Növü

Mətbəx

Bu üçün yer

Xüsusiyyətləri

Təklif

Metro

Əyləncə

Ətraflı axtarış
Ləğv etmək

“Jasmine” – ın ətirli dadı.

26 oktyabr, 2014

“Jasmine” – ın ətirli dadı.

Bakixanov 24 küçəsində yerləşən “Jasmine” restoranı qürub qabağı alaqaranlıqda daha da rahat, sakit və sehirli görünür! Mülayım işıqlandırma, məlahətli musiqi, interyerin şərq detalları – hər bir şey istirahətə və xoş vaxt keçirməyə yönəldir. Qeyd etmək istəyərdim ki, asiya mətbəxinin restoranına gələndə həmişə istirahətə yönəlirsən və yeni möcüzəli dad kəşflərini gözləyirsən!

Nadir Asiya.

Asiya mətbəxi – bu mərkəzi, şərq və cənubi Asiya və Hindistan mətbəxlərinin nadir uyğunlaşdırılmasıdır. Mətbəxlər müxtəlif olsa da, ərzaqlar eynidir. Onlardan biri – düyüdü. Lakin burdada fərq var. Yaponiyada məsələn, daha çox yumru düyü, Taylandda – uzunsov yapışqan “Jasmin” düyüsü, Hindistanda – “Basmati” düyüsündən istifadə olunur. Şübhəsiz ki, istənilən Asiya mətbəxində əriştə, meyvə, tərəvəz, soya ərzaqlarına, un məmulatlarına, balıq, ət və dəniz məhsullarına üstünlük verilir. 

Əriştə şorbalara əlavə edilir, qovrulur və frityurda qızardılır. “Jasmine” restoranında inanılmaz dərəcədə ləzzətli sinqapur sayağı ərişti dada bilərsiniz. Bu tərəvəz, göyərti, krevetka (və ya daha dəqiq işarə olunan ət) və ədviyyatla bərabər olan düyü əriştəsidir. Həmçinin paxla cücərtisi, çili istiotu, zəncəfir, sarımsaq və şirin istiot əlavə olunur. Asiyalılar çox müdrük aşpazlardı və əsasən orqanizm üçün faydalı ərzaqlardan istifadə edirlər.

Asiya mətbəxinin ayrılmaz hissəsi olan – şobalardan danışsaq, restoranda yüngül toyuqlu qarğıdalı krem – şorbadan dadmağa məsləhət görürəm. Kim daha ədviyyatlı şorba xoşlayırsa – onalara sıçuan sayağı turş - ədviyyatlı şorba daha uyğun olacaq.

Əsas yemək həvəskarlarına həsr olunur

Əgər ət, balıq və quşdan danışmalı olsaq, qeyd etməyə dəyər ki, bu ərzaqlardan hazırlanan yeməklər tam fərqli də ola bilər, həmçinin çox bənzərdə ola bilər.

Birmənalı olaraq hamıya “Jasmine” – da bütün dünyada məşhur olan “Xoysin” sousu və kökə ilə təqdim olunan pekin sayağı ördəkdən dadmağa məsləhət görürəm. O, çox gözəl süfrəyə təqdim olunur, sanki bir tamaşadır. Ən əsası isə - zərif dadın və nəfis sousun dad uyğunlaşmasıdı.

Toyuq yeməklərini xoşlayırsınızsa hind qozu ilə toyuq – kəskin dadlı və doyumludu, və ya sarımsaq və zəncəfirlə yaxşı qızardılmış toyuq sifariş edin. Bu yemək çox ətirlidir, dadandan sonra xoş tam qoyur. Geniş yayılmış məşhur çin yeməyi də ümüdlərinizi boşa çixarmıyacaq – turşa – şirin sousda yaxşı qızardılmış donuz əti. Sadə, amma son dərəcə dadlı yemək. Kəskinlik üçün yeməyə qırmızı istiot səpmək olar.

Az qalsın ki, asiya pelmenlərini unudacağdım. Bu çox doyumlu və təsir bağışlayan yeməkdir (özünəməxsus hörülmüş səbətdə təqdim olunur). Pelmnləri mal əti, krevetlərlə və dəniz məhsulları ilə sifariş etmək olar. Nazik və sulu – onlar aclığınızın qarşısını yaxşı alacaqlar.

Balıq yeməklərinin haqqında

Məlum olduğu kimi, yaponlar balığı yüngülvari qızardıb, buğda və ya çiy təqdim edirlər. Koreyalıların çiy balıqdan milli yeməkləri “xve” adlanır (tikələrin üzərinə sirkə tökülür, sonra istiot, duz,  sarımsaq, xırda doğranmış kök əlavə olunur). Asiya aşpazları – çin xanı balığı, qalxan balığı, qılınc – balığı, dorado, krevetlər, yengəc və müxtəlif mollyusklardan hazırlanan yeməklərin inanılmaz yaradıcılardır

Restoranda delikates sifariş edin – sarımsaq sousunda qurbağa pəncələri. Zərif ət ağızda əriyir! Burada onu aşpazlıq sənətinin ən yaxşı ənənələrinə uyğun hazırlayırlar. Həmçinin sarimsaq sousunda pipiklərdən dadmağa dəyər. Mənim isə ən çox sarısaq sousunda krevetlər və brokkoli xoşuma gəldi, çünki bu nəinki dadlı, həmçinin xeyirli yeməkdir. Əsl qurmanlar üçün isə təbii ki, dorado! “Jasmine” restoranının baş – aşpazı onu böyük məmnuniyyətlə sizin üçün zəncəfir və soya sousunda hazırlayar. Bu balıq hazırlanmasının qədimi asiya reseptidir.

Əgər asiya mətbəxinə hörmətlə yanaşırsınızsa və ya sadecə tamamilə yeni yeməklər dadmaq, qeyri – adi dad hiss etmək istəyirsinizsə - “Jasmine” restoranında sizi qədimi ənənələrlə zəngin mətbəx gözləyir. 


Другие qeydlər gurme

Dadlı reseptlər: Burger "La Parisienne"

24 oktyabr, 2016

Ukraynanın paytaxtı Kiyev şəhərində

13 may, 2014

Slovakiyada qış tətilləri: qastronomiya cənnəti

28 fevral, 2014

Şərhini əlavə etmək

Ad

Elektron poçt

Şərh