Şəhərinizi seçin

Növü

Mətbəx

Bu üçün yer

Xüsusiyyətləri

Təklif

Metro

Əyləncə

Ətraflı axtarış
Ləğv etmək

Ukraynanın paytaxtı Kiyev şəhərində

13 may, 2014

Aprel ayının 26 – ı və 27 –i Ukraynanın paytaxtı Kiyev şəhərində sayca beşinci küçə yüməyi festivalı keçirildi. Mahiyyətinə görə qeyri – adi olan tədbir artıq neçə dəfədir ki, dünyanın hər bir yerindən olan yüzlərlə küçə hərəkətini, şənliyi və təbii ki ləziz mətbəx sevərlərini qarşılayır.

Təşkilatçiların iddiasına görə festivalın missiyası şəhər əhlində və küçə yeməyini hazırlayanlarda küçə yeməyinə olan münasibəti dəyişdirməkdir. Festivalda iştirak edənlərin hamısı inanırlar ki, küçə yeməyi həqiqətəndə dadlı və faydalı ola bilər. Tədbir vəziyyəti dəyişmək üçün, keyfiyyətin yeni standartlarını yaratmaq və paytaxtı yaşayış üçün nümunəvi məkan etmək üçün həmfikirləri toplayır. Tədbirin əsasını təşkil edən təşəbbüs və fikirləri bölüşdürən bütün şəxslər iştirak edirdilər.

Özlərini küçə kafelərində sınamaq istəyən yeni başlayan kulinarlar üçün festival əla təcrübə, qonaqlar üçün isə dadlı yemək üçün yaxşı fürsət oldu. Bir məkanda müxtəlif avropa, asiya və amerika şəhərlərinə məxsus küçə yeməklərindən dadmaq olardı. Küçə yeməyinin festivalında həmçinin vegetarian mətbəxi də təqdim olunmuşdur.

Ətirli burgerlərin, eyni zamanda bu yaxında açilmış “True Burger” və çoxları tərəfindən artıq sevilən “Furgoneta” – ın yanından keçmək çətin idi. Çin əriştəsi, tart, ət, midiya, piroq və kekslərin olduğu piş taxtalarının qarşısındaki böyük növbələr onu təsdiq edirdi ki, Kiyevdə dadlı yemək hazırlamağı bacarırlar.

Qonaqları dadlı kokteyl, burbon və pivəyə qonaq edirdilər. Festivalda qəhvəni “Чашка Espresso bar” və “Organic coffee shop” hazırlayırdılar. Festivalda “UK Cezve Championship”,  stend “Coffee in Action “ – ın qəhvədanda dəmləmək üzrə Böyük Britaniyada keçirilən çempionatın qalıbi Vadim Qranovski də iştirak edirdi. Qeyd etməyə dəyər ki, qastronomik koloritin coşqunluğu kifayyət qədər demokratik qiymətlərlə təklif olunurdu. Yeməklər 0,3 – dən 20 AZN – ə kimi idi. 

Demək lazımdır ki, tələbat gözlədiyimizi də üstələdi – demək olar ki, bütün məntəqələr şənbə günü 16:00 yaxın bazar gününə hazırlanmış tədarükün satışına başladı. Növbələrdə durmuş insanlar yeməkləri müzakirə edir, mülahizələri ilə bölüşərək müqayisə edirdilər.  

Aprel günəşi və tonqalın ətri, taxta masaların ətrafında yerini rahatlamış səsli – küylü dəstələrin şənliyi və gülüşü, canlı müsiqi və gecə yarısınadək rəqslər – həqiqətəndə gözəl istirahət günləridir.

Burada nə etməyə dəyər:

  • burger yemək; 
  • qəhvədanda qəhvə içmək; 
  • dostlarda günəş altında qızınmaq; 
  • musiqiyə qulaq asmaq; 
  • heç vaxt dadmağınızdan dadmaq; 
  • selfi çəkmək. 

Nə etmək lazım deyil:
  • növbəyə görə hiddətlənmək; 
  • küçə yeməyini restoranlarla müqayisə etmək; 
  • əgər sükan arxasındasınızsa, burbon içmək; 
  • zibilləmək.

 


Другие qeydlər gurme

Dadlı reseptlər: Burger "La Parisienne"

24 oktyabr, 2016

“Jasmine” – ın ətirli dadı.

26 oktyabr, 2014

Slovakiyada qış tətilləri: qastronomiya cənnəti

28 fevral, 2014

Şərhini əlavə etmək

Ad

Elektron poçt

Şərh