Şəhərinizi seçin

Növü

Mətbəx

Bu üçün yer

Xüsusiyyətləri

Təklif

Metro

Əyləncə

Ətraflı axtarış
Ləğv etmək

Yeni 2014 – cü ilə beş desert!

18 dekabr, 2013

Bəli. İl tez ötüb keçdi, amma düşünürəm ki, zaman burulğanı bununla dayanmayacaq. Lakin nəyin baş verilməsinə baxmayaraq əvvəlki kimi mənim ən sevimli bayramım olaraq qalır. Küknar və şokoladlı konfet ətrini (kimdəsə bu olivye və naringi ola bilər) hopdurmuş uşaqlıq həsrəti özündən daha çox xəbər verir.
Olduqca aktiv hadisələrlə bol olmağa vəd verən göy, taxta ili yaxınlaşır. Mən istərdim ki, hələki hamımız ümumi bayram öncəsi xaosa cəlb olunmuşkən şəxsi desert beşliyimi təqdim edim. Ən əsası bu təamlar evdar xanımın çox vaxtını almadan tez və asan hazırlanır. Əminəm ki, hətta yeni il gecəsini evdən kənar qarşılamağı planlaşdırırsınızsa bunlara bənzər nəsə restoran təkliflərinin bolluğu içərisində tapa bilərsiniz. Beləliklə:

1. Sorbe və ya Sorbet – fransız tərzdə deyilmiş, ərəb mənşəli “ şərbət” sözü. Ədviyyatlardan və qozdan fərqli olaraq yüngülləşdirilmiş meyvəli dondurmanı andırır. Belə desert doyumlu bayram süfrəsindən sonra həzmi rahatlaşdıracaq. Sorbet müxtəlif meyvə əlavə edilməsi ilə hazırlanır. Ev şəraitində onu bir – neçə dəqiqə ərzində hazırlamaq olar. Blenderə meyvə qoyun, azaciq şəkər və şərbət əlavə edin. Şampanı o qədər əlavə edin ki, onun səviyyəsi meyvədən aşağı olsun. Kütləni buz qırıntıları ilə çalın. Balaca stəkanlara paylaşdırıb nanə ilə bəzəyin.


2. Şokoladda meyvə. Həm uşaqlar, həmdə böyüklər üçün uğurlu variantdır. Bu mövzuya bir çox variasiyalar ola bilər. Mən isə şokoladda armud hazırlamağa təklif edəcəm. Bir neçə armudu qabığından təmizləyib üzərinə şəkər kirşanı səpin. Sonra 20 dəqiqə ərzində meyvələri çaxırda limon şirəsi və darşinla bişirin. Soyumuş meyvələri buludda düzün, üzərinə süddə əridilmiş şokolad tökün.

3. Sabayon – şərab əlavəsi ilə yumurta deserti. Bu çox tez və asan hazırlana bilən əsl italyan şah əsəridir. Yumurta sarısını şəkərlə yaxşı çalmaq lazımdır. Sonra kütləyə biraz şərab əlavə edib buxar hamamında köpük alınana qədər çirpmaq lazımdır. Sabanyonu ən çox meyvələrlə vəya sürtkəcdən keçirilmiş şokoladla səpib, masaya təqdim edirlər.

4. Karamel sousunda qızardılmış ananaslar. İndi meyvələrlə nə düzəltmirlər ki. Fyujn mətbəxinin yaşıl rənqi bizə neçə oriqinal resept bağışlayıb, hələ neçəsinidə bəxş edəcək. Ananası qabığından təmizləyib, yarımdairə şəklində doğramaq lazımdır. Sonra meyvəni şəkər kirşanında unlayıb, ən əsası bitki və kərə yağının qarışığında qızardırıq. Hazır ananasları boşqaba düzüb, meyvələri qizartdığımız yağı üzərlərinə tökürük.

 5. Giləmeyvəli parfe - əslən Fransadan desert. Qaymağı çalırıq, qaymaq pendirini şəkər və vanil şəkəri ilə həmçinin çalırıq. Hər iki inqrediyentı birləşdirib, qaşıqla qarışdırırıq. Desert qablarında cir mərsini moruqla qarışdırırıq (digər giləmeyvələr sizin zövqünüzcə) və üzərini kremlə örtürük.


Другие qeydlər gurme

Dadlı reseptlər: Burger "La Parisienne"

24 oktyabr, 2016

“Jasmine” – ın ətirli dadı.

26 oktyabr, 2014

Ukraynanın paytaxtı Kiyev şəhərində

13 may, 2014

Şərhini əlavə etmək

Ad

Elektron poçt

Şərh