Şərab yarmarkası
21 oktyabr, 2013
Dağlar və günəş – şərabçıların ən yaxın dostlarıdır. Amma şərab istehsalının ənənələrindən başqa üzüm becərilən hər region çaxır festivalını və ya yarmarkanı keçirməyi öz borcu hesab edir. Belə şərabçılar turistlərin və ictimaiyyətin diqqətini mədəniyyət məsələlərinə cəlb edirlər, turistlər isə səs-küylü tərəfdarları dairəsində istirahət etməyə və sadəcə ürəkdən əylənməyə imkan qazanırlar.
Son zamanlar qastronomiya turizmi anlayışı geniş yayılıb, yəni elə turizm növüdür ki, hansısa
ölkənin mətbəxi ilə
tanışlıq əsas məqsədidir. Ölkənin tarixi diqqətəlayiq yerlərdən və mədəni
xüsusiyyətlərindən başqa bugünkü turistə və ya, yeni nəsilin diliylə deyərək,
səyahətçiyə onu anlamaq
maraqlıdır ki, müəyyən bir xalq nə yeyir və içir. Festival isə böyük miqdarda kulinaruya şah əsərlərini və xalq artıq
çox yüzilliklər boyunca içkini dadlamaq üçün əla bir imkandır.
İcazə verin sizə zadəgan şərablar vətəni olan Avropada keçirlən beş festivallı təqdim edim. Fransa. İtaliya, Almaniya, Macarıstan və bir çox başqa ölkələr artıq çox illər ərvində şəraba mədhiyyə oxuyub onu tərifləyir, çünki qədim romalılar deyirdilər ki, həqiqət şərabdan ibarətdir.
“Cantine Aperte” şərab festivalı, İtaliyada açıq çaxır zirzəmilər günü.
Tədbir şərab həvəskarları və turistlər üçündür. İtaliyanın hər ərazisində mayın son bazar günü bir çox çaxır təsərrüfatların zirzəmiləri açılır. Çaxır zavodlarında turistlərə şərabın istehsalı metodlarından danışırlar, ən yaxşı şərablar, çaxır zavodları üzrə ekskursiyalar keçirirlər. Tədbir konsert, sərgilər və, əlbəttə şərabların dequstasiyaları ilə müşayiət olunur. Festival İtaliyanın öz sakinlərindən başqa 1 milyondan çox turist yığır. Sisiliya və ya Toskanada istirahəti “Cantine Aperte” festivalına baş çəkməklə birləşdirmək isti yay ərəfəsində ən yaxşı ideyadır.
“Beaujolais Nouveau” festivalı.
Hər
il noyabrın üçüncü cümə axşamı ənənəvi gənc şərab bayramı başlanır və Bojolenin
bütün ərazilərində keçirilir. Bu yeganə fransız şərabıdır ki, onu üzümün "qame"
növündən hazırlayırlar və onu
yığımdan yalnız altı həftə sonra içmək olar. Bütün Fransadan şərabçılar öz
şərablarının dadverən keyfiyyətlərini müqayisə edərək yarışırlar. Bojolenin
hazırlığını düz gecə
yarısı “Le
Beaujolais Nouveau est arrivé”! (Bojole Nuvo gəldi) frazası ilə
elan edirlər. Sizi küçə şənliyi və
şou-proqramlar və festivalın
başlanğıcı ərəfəsində –
birinci şərabın təntənəli açılması gözləyir.
Bordo
şərab
festivalı – “Bordeaux
fete le vin”.
Başqalardan
fərqli olaraq bu
festival iki ildə bir dəfə
keçirilir və növbətisi 2014-cü
il 26-29 iyunda
olacaq, ona görə səyahətin planlaşdırılması üçün vaxt hələ kifayət qədərdir. Şərab,
dadlı yemək və
bayram həvəskarları Bordo şəhərinin düz mərkəzi meydanında festivalın atmosferindən
həzz alırlar. 80 pavilyondan hər birində səhərdən axşama qədər Fransanın
müxtəlif vilayətlərindən
şərab satırlar və siz onu dadlaya
bilərsiniz. Şərabdan başqa sizi əyləncə proqramı, somelye müsabiqələri və usta-siniflər, şəhər üzrə ekskursiyalar
və sadəcə şərab və fransız mətbəxinin ziyafəti gözləyir. Bu əhvəlat marafonu bayram fişəngiylə tamamlanır.
Ştutqartda şərab festivalı – “Stuttgart Wine Village”.
Ştutqartda
illik çaxır festivalı Avropanın ən gözəl
çaxır tədbirlərindən
biridir. 2013-cü ilin avqustunda
artıq 37-сш festival ba. tutmuşdur. Ştutqartın mərkəzi meydanında 100-dən çox pavilyon
qoyulmuşdur və onlarda
alman şərabının 300-dən çox növünü festivalın qonaqlarına təklif edirdilər. Şərab üçün
şvab mətbəxinin yeməkləri süfrəyə verilir. Canlı
musiqi, yerli gözəlliklər və şərabın bolluğu – bu festivala baş çəkənlərdən hər kəs bir il
sonra mütləq bura geri qayıdırlar.
Madeyra festivalı – “Madeira Wine Festival”.
Artıq beş əsr bundan əvvəl şərabı buradan ixrac edirdilər. Madeyra adasında möhkəm şərabla yayı yola salırlar. Burada avqustun sonunda – sentyabrın əvvəlində üzüm yığımı başlanır. Küçələrdə festival günlərində masalar qurulur, qonaqlıq hazırlanır və il ərzində bağlı saxlanılan çaxır zirzəmiləri dequstasiyaya bütün arzu edənləri dəvət edərək öz qapılarını açır. Həmçinin bayram müxtəlif şou, folklor rəqsləri və mahnılarla müşayiət olunur. Bayram zamanı yalnız maderadan yox, həm də şərabın başqa növləri ilə həzz almaq olar. Məsələn, likörə oxşar şirin şərab “Moscatel” (Muşkatel), ağ “Vinho branco” (vinyu branku) şərab, tünd qırmızı rəngli “Tintos” (tintuş) şərabı. İstirahət üçün, vaxt fayda və xoş keçirə biləcəyiniz, nəyisə özünüz və yaxın dost-qardaş üçün yeni şeyləri öyrənmək üçün çox gözəl bir yerdir.
Şərhini əlavə etmək