Şəhərinizi seçin

Növü

Mətbəx

Bu üçün yer

Xüsusiyyətləri

Təklif

Metro

Əyləncə

Ətraflı axtarış
Ləğv etmək

Slovakiyada qış tətilləri: qastronomiya cənnəti

28 fevral, 2014

Yeni il və milad bayramları ötüb keçdilər, təbrik silsiləsi sakitləşdi, hazırlıq təlaşı bitdi. İndi bizə sadecə evdən min kilometr aralı olan qarların və dağların əhatəsindəki uzaq ölkədə, ev ocağının yanında ailəmiz və dostlarımızla keçirtdiyimiz günləri xatıtlamaq qalır. Bu il mən ən sevdiyim " Salam!" sözünü, yeni bir ölkəyə - Slovakiyaya dedim. Mənə səmimi qəlbdən ucu – bucağı  olmayan ərazisi, dağ zirvələri və boş jepləri, yerli əhalinin adət - ənənələri, qonağa qarşı ürəkdən gələn qonaqpərvərlikləri və təbii ki mətbəxləri xoş gəldi.

Slovakiya mətbəxinə özünə məxsus sadəliyi, faydası və möhtəşəmliyi hasdır. Mənə elə gəldi ki, o çexiya  və hətta almaniya mətbəxindən ixtiraçidir.

Slovakiya mətbəxində müxtəlif ətlərdən, un məmulatlarından, şorbalardan, balıq və souslardan istifadəsinə üstünlük verilir. Slovakiyada porsiyalar ən azından iki nəfər üçün nəzərdə tutulmuş kimi böyükdülər, qiymətləri isə Avropa üçün kifayyət qədər ortadır. Qeyd etmək lazımdır ki, söz ehtiyyatım nəzərə çarpacaq dərəcədə yeni söz və söz birləşmələri ilə artdı: qaluşki, klyotski, şkubanki (kartofdan hazırlanmış borucuqlar), knedliki və s. Bütün bu kartof və ya xəmirdən hazırlanan  kulinariya gözəlliklərini sürtkəcdən keçirilmiş qoyun pendiri ilə təqdim edirlər. Pendirin ən məşhur növləri – “parenitsı” və “otşepki”. Bu brınzaya bənzər qoyun pendirləridir. 

Xüsusi diqqətə “veprevo koleno” layiqdır. Bu sobada hazırlanmış donuz ayağıdır. Çəkisi bir kiloqramma yaxındır və ya ondan artıqdır, ona görə porsiyanın biri tam bir dəstəyə bəs edər. Azaciq hisə verirliş donuz dizi vam odda pörtülərək sobada hazırlanır. Bu yemək qarnirlarla: kartof və ya qovrulmuş kələm, göyərti ilə, sarımsaqla və souslarla təqdim olunur.

Slovakiya mətbəxinin həvəskarları mütləq slovakların sevimli yeməkləri olan, “spişskaya poxutka” – dan dadmalıdırlar. Bu şampinyon və kartof oladyeləri ilə ət qulyaşıdır.

Sevimli yeməkləri balıq olan kəslərə mütləq yerli çaylarda olan alabalıqdan dadmağa dəyər. Burada onu fərqli – “pstrux” adlandırılar. Oriqinal dadı qorumaq üçün, onu demək olar ki ədviyyat vurmadan hazırlayırlar. Demək olar ki, bütün yeməklər klyotski və bibərlə təqdim olunurlar. Həmçinin yeməklərin yanında dəyişilməz olaraq “loqonşe” təqdim olunur. Bu sarımsaq və yağla ponçiklardı. Ondan qəlyanaltı kimi istifadə olunur. 

Slovakiyanın milli mətbəxinin vizit kartı əsas yeməklərdir. Onların çeşidi genişdir: tərəvəz şorbaları, bulyonlar, pendir şorbası, göbələk şorbası, ət şorbası və hətta sarımsaqlı. Slovakiya şorbalarına heyran doğurucu ətir və dad hasdır. Onlar qatı və yağlı olmaqları ilə istənilən doyumluluğu gətirmklə, əsl dad  çalarları ilə sevindirirlər. 



Slovakiyada quşuda xoşlayırlar. Sizi ördək və toyuqdan müxtəlif yeməklər gözləyir. Quşun içərisi doldurulur, qızardılır, qarnirlarla və güvəcdə təqdim olunur. Ədatən əsas yeməklərin bolluğundan yerli restoranların müştəriləri yeməyi böyük ehtiyat ilə sifariş etməyə məcburdular. Beləliklə fikir vermədən nahar şam yeməyinə keçir, balaca dəstələr isə biri birinin ardınca slovakiya mətbəxinin qədir – qiymətinin bilənlərinin böyük bir qardaşlığına keçir.

Sovakiyanın içkilərindən deməmək olmaz. Pivəni və şərabı burada özləri düzəldirlər və avropa nişanlarından heçdə pis deyil. Həmçinin burada xüsusi araqlarla fəxr edirlər: boroviçka (ingilis arağının slovakiya növü), slivovnitsa (gavalı arağı), medovnitsa (bal arağı), qruşovnitsa (armud arağı), koşitskaya malinovnitsa (moruq arağı). Xüsusi arağlar tündlüyü ilə bizə daha tanış olan cecə arağından geri qalmır, lakin xoş ətrə və meyvəli dada malikdir, asan içilir və səhərə özündən sonra pis fikir qoymur. 

Slovakiya desertləri həmçinin çox dadlı və müxtəlifdir. Yeri gəlmişkən deyək ki, siz klyotsidən mərsinlə və ya digər mürəbbə ilə dada bilərsiniz. Bunlar pendir və yağlı ət tikələ ri ilə olanlar kimi dadlıdırlar.

Slovakiyaya aid xüsusi desert isə - daha çox “zavin” kimi tanınan alma ştrudelidir və “Fiqaro” şokoladıdır, meyvəli içlikli blinçinklar və ponçinklar. Slovakiyada tortları, bişirmələri və kəsmikli desertləri xoşlayırlar. Mənim məsləhətim, Slovakiyada olsanız meyvəli knedliklardan dadın, həqiqətəndə cənnət həzzidir. 


Yeməklərin bolluğu, sevinc və mehribanlıq, və ən əsası isə torpağına və orada istehsal olunana sevgi. Slovakiyada əməyi yüksək qiymətləndirirlər və mənim kimi sadə turistə səmimi qəlbdən zərrələrini bəxşiş edirlər. Əminəm ki, bu balaca ölkə böyük diqqətə layiqdir. Yeni görüş və üfüqlərədək, sülh və əmin – amanlıq içərisində qalın! 


Другие qeydlər gurme

Dadlı reseptlər: Burger "La Parisienne"

24 oktyabr, 2016

“Jasmine” – ın ətirli dadı.

26 oktyabr, 2014

Ukraynanın paytaxtı Kiyev şəhərində

13 may, 2014

Şərhini əlavə etmək

Ad

Elektron poçt

Şərh