Uik-end keçirmək üçün bir fikir: şərabçı həyatından bir gün
2 oktyabr, 2013
Çoxdan gözlədiyi yay bir an kimi keçdi və onunla birlikdə plyajda keçirilən uik-endlər, açıq havada gəzintilər, Şərqin zərif yeməklərin ətiri ilə dolu yay meydançaları, və dəniz də keçmişdə qaldı. Ancaq kədərlənməyə bir səbəb yoxdur – isti günlər hələ cox vaxtdır ki bizi sevindirəcəklər. Boş-boşuna vaxt itirməyin, cünki istirahət qünü – bu təbiət üzərində vaxt keçirməyə, isti, artıq yandırmayan günəşin yanında yeni gücünü toplamaqa, gözəl bir imkandır ki sonradan, günlər və aylar keçincə, bu keçirdiyi gün haqqında olan xatirələr uzun qış axşamlarda bizim ürəklərimizi istiləndirsin.
Payız – bu ən dadlı meyvələrin və tərəvəzlərin yığımı vaxtıdır – o meyvə-tərəvəzlərin hansılar ki bütün yay ərzində bitişib günəşin istiliyini gəbul edib, canlandırıcı gücünü, ətir, şirəni və şirinliyi yığırdılar.
Şərabçılar haqqında çoxlu olan filmlərin kadrları xatırlayaraq, mənim təsəvvürümdə dərhal üzüm tarlaların sonsuz yaşıl zolaqları yaranır... Yetışmiş üzüm salxımların səbətlərə yığılması, şərab üçün ağaç boçkaların hazırlanması, üzüm bağlarda sakit iş və meynə barədə daimi qayğı – bütün bunlar ideal içkinin – yəni şərabın yaranmasını qabağlayır.
Ən əsası odur ki, şərabçılığın bütün gözəlliyini görmək üçün uzağa, İtaliyaya getməyə bir ehtiyac yoxdur. Kifayətdir ki, Bakının kənarına çıxıb, nə az, nə cox – 30 km yolu gedərsiz.
Novxanı qəsəbənin yaxınlığında, təpələr üzərində, duzlü göllərin yanında gözəl üzüm bağları və Firelands şirkətin zavodu yerləşir.
Bura gəlmək və şərabın yaranmasını öz gözləri ilə görüb, özünü əsl şərabçı hiss etmək mümkündür.
Siz orada bir gözəl mənzərəni görə bilərsiz – üzümün hamar siraları, elə bil ki kimsə yuxardan bu tarlaları xətkeşın köməyi ilə, görünməz gücünü istefadə edərək cızıb. Sıralar yerin müəmmalı qabarığın şəkilini çəkərək, üfuqun sonsuzluğuna gedib, üfuqun arxasınca gizlənirlər. Viyoner, Marselina, Şiraz, Kaberne – bu yazıları mən qabaqça da görmüşüdüm, ancaq dükanda, şüşələrin etiketləri üzərində. Lakin indi, onları şəxsən görmüşəm. Mən buna çox şadam!
Mənim üçün böyük kəşf o idi ki, üzümün hər növünü meynədən dərib dadına baxmışam, və bu yolla mənə qabaqçadan naməlum növlərin adları həqiqi formanı aldılar: şirin Şiraz, ətirli Marselina, kəhraba Viyoner...
Üzümün dadına baxanda, uzümün bütün içliyini, onun təkrarolunmaz və bənzəri olmayan qəlbini dərk etməyə başlayırsan. Üzüm meynəsi öz kökləri ilə torpağa çox dərinə keçir, şirəni və minerallarını yığır, köklərdən, gövdələrdən və yarpaqlardan torpağın bütün gücünü keçirir və şərab içində dadın bütün tərəflərini göstərir.
Belə bir yanılış fikir var ki, Azərbaycanda və Abşeronda keyfiyyətli şərabını istehsal etməsi mümükün deyil.
Amma Novxanıda, şərab zavodunda olarkən bu fikirin həqiqətə uyğun olmadığını görmək mümkündür.
Zavod ərazisində sehrli ab-hava var – bu işin ustaları və pərəstişkarları ətrafında şərab dünyaya gəlir. İtaliyada böyük təcrübəyə qazanmış ustalar, sevinclə öz ixtisasın sirrləri ilə bölüşdülər.
Onlar danışdılar ki, nə cür üzüm meynəni kəsib ehtiyatla yeşiklərə yığırlar, sonradan bu yeşiklərini zavoda aparıb, orda konveyerə endirirlər, və oradan üzüm yarpaqlardan və gövdəciklərdən təmizləməyə göndərilir. Bundan sonra üzüm giləmeyvələri pressin altına və sisternayə göndərilir. Məsh sisternadə şərab içində həyat yaranmağa başlanır.
Zavodun mərkəzində, onun “ürəyinə” – sexinə daxil olarkən, yetişmiş üzümün dolğun və bərk iyi hiss olunur.
Cəsarətlə deyə bilərəm ki, zavod ərazisinə bu səfər mənim qabağımda şərab dünyasına sirli qapını açıb və bu nəcib içkiyə pərəstliyini yaratmışdır.
Hər kəs ki şəraba hörmət edir, həyatının müsibətlərini və çətinliklərini onunla bölüşür, və ya onunla birlikdə yeni bayram günü və ya hadisəni qarşılayırsa, bu səfər onu xoş olaraq təəcübləndirəcək. Şərabçıların dünyası lap yaxındadır, yalnız əlini uzatmaq lazımdır – və qarşınızda tamamilə yeni bir həyət açılcaq, o həyat ki onunla yüzlərlə ruhlanmış insanlar yaşayırlar, və onlar öz işini bir çağırış kimi hesab edirlər və öz xoşbəxtliyi ilə sizinlə bölüşməyə çox şad olacaqlar.
Bakının restoran həyatını fəal olaraq işıqlandırmaq məqsədi ilə, biz, AzRestoran.az layihənin kollektivi qeyri-adi və maraqlı bir şey etmək istədik. Bunun üçün biz “Üzüm bağında bir gün” şərab turunu seçdik.
22 sentyabr tarixində AzRestoran.az layihəsi Firelands şirkəti ilə birlikdə şərabçılıq dünyasının qapılarını açdılar. Bu barədə sizə bizim ilk şərab turun şəkilləri danışacaqlar.
Siz Fireland şərabları Bakının ən yaxşı restoranlarında, Fresko dükanların şəbəkəsində sifirış etmək və ya birbaşa “The Mey” şərab butikində əldə edə bilərsiz (Baku, Izmir kuç., 5, Hyatt Tower III).
Şərhini əlavə etmək